Yol polisi nasaz avtomobillər barədə XƏBƏRDARLIQ etdi - VİDEO

İctimai nəqliyyat 21 Avqust 2019 | 13:08
OXUNUB: 1046

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev İctimai televiziyanın efirində bir sıra mövzular ərtafında maarifləndirici çıxış edib. Avtosfer.az xəbər verir ki, nasaz, köhnə avtomobillər mövzusuna toxunan şöbə rəisi bildirib ki, çox zaman qəzalara səbəb da məhz həmin maşınlar olur. “Günün pik saatlarında, tıxac vaxtı həmin nasaz avtomobillərdən biri xarab olub yolda qalanda tıxacın miqyası da böyüyür. Eyni zamanda qəza baş verən zaman avtomobilin istismar müddəti bitdiyi üçün adi zərbə nəticəsində ölüm halları baş verir.”

Kamran Əliyev təhlükəsizlik kəməri məsələsinə də toxunub. Bildirib ki, bir çox hallarda sürücülər buna riayət etmirlər. “Düşünmək lazımdır ki, bu ilk növbədə onların özü üçündür. Bəzən sürücülər hətta ciblərində kağız da gəzdirirlər ki, guya onlara kəmərdən istifadə etmək olmaz. Əslində heç bir həkim bunu yazmaz. Sadəcə düşünmək lazımdır ki, ürəyin sıxıldığı üçün kəmər istifadə etmirsənsə bu sonda həmin ürəyin dayanması ilə nəticələnə bilər.”

Sürət həddi məsələsinə toxunan şöbə rəisi bildirib ki, xüsusilə havaların dəyişdiyi ərəfədə qəzalar daha çox baş verir. “Hava küləkli, yağışlı olanda sürücülərə tövsiyə edirik ki, zəruru olmasa avtomobildən istifadə etməsinlər. Amma bəziləri bunu sadəcə əyləncə halına çevirir və nəticədə ciddi qəzalr baş verir.”

Videonu təqdim edirik:

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man