Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsi ilə hərəkətdə olan "Infiniti" markalı avtomobil dönmə əməliyyatı edərkən Məhsəti Gəncəvi küçəsi ilə gedən "Opel" markalı avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Muradov Namiq Əlifağa oğlu idarəetməni itirərək ona çırpılıb. Zərbənin təsirindən "Infiniti" maraklı avtomobil yol kənarında qaz borusunun təmiri üçün qazılmış çuxura düşüb. Qəza zamanı N.Muradov xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.
Qəzanın dəqiq səbəbləri araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man