İsmayıllı rayonunda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə İsmayıllı-Qəbələ yolunun Xanagah kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Toyota Prado" və "Nissan" markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay sakinləri - 1965-ci il təvəllüdlü Məmmədov Ariz Arif oğlu, 1961-ci il təvəllüdlü Zülfüqarov Elşən Abdulrəhim oğlu, Bakı sakinləri - 1999-cu il yəvəllüdlü Məmmədov Əfsər Rövşən oğlu, 1998-ci il təvəllüdlü Əliyev Səfər Vasif oğlu, 1995-ci il təvəllüdlü Əsədullayev Hüseyn Zahir oğlu, Mingəçevir sakini 1985-ci il təvəllüdlü Əliyeva Vüsalə Telman qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man