Kürdəmir rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Heydər Əliyev prospektində "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Xəsarət alan olmasa da, işıq dirəyi aşıb, həmçinin nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man