Rusiyanın Perm əyalətində 53 saylı sərnişin avtobusunun dükanın divarına çırpılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, insident Novoqayvinsk küçəsində qeydə alınıb.
Qəzada sürücünün onurğa sütunu və ayaqları sınıb. Ehtimal edilir ki, qəza avtobusun təkərinin partlaması səbəbindən baş verib. Yaralılar xəstəxanalara çatdırılıblar.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man