Nankor övlad hədiyyə edilən “BMW”ni çayda batırdı: mən “Jaguar” istəyirdim - VİDEO

Nəqliyyat TV 16 Avqust 2019 | 07:46
OXUNUB: 3439

Hindistanda oğul atası tərəfindən hədiyyə edilən “BMW” markalı avtomobili çayda batırıb. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, o, “Jaguar” arzusunda olub. Bu barədə “NDTV” telekanalı məlumat yayıb.

Məlumata görə, valideynləri 22 yaşlı sevimli oğullarına 3-cü seriya model “BMW” bağışlayıblar, lakin bu hədiyyə onun ürəyincə olmayıb və o, avtomobili çaya atmaq qərarına gəlib.

Bildirilir ki, qəzəblənmiş avtomobil həvəskarı, yeni “BMW”ni çayda batan anının görüntülərini kameraya çəkib.

Avtomobili yerli sakinlər çıxarmağa cəhd göstərsələr də onlar buna nail ola bilməyiblər, nəqliyyat vasitəsi bir neçə metrə irəlilədikdən sonra batıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man