Daşkəsəndə avtomobilin vuraraq öldürdüyü azyaşlının şəxsiyyəti məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Xoşbulaq kəndində "VAZ-2107" markalı avtomobil tərəfindən vurularaq ölən piyada 2014-cü il təvəllüdlü Amin Qalib oğlu Hüseynovdur.
Faktla bağlı araşdırma aparılır.
***22:14
Daşkəsən rayonuna piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Xoşbulaq-Daşkəsən yolunda qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən uşağı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man