Sabirabad rayonunda baş vermiş qəza nəticəsində 2 nəfər ölüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hər iki meyit müayinə olunmaq üçün Sabirabaddakı məhkəmə tibbi ekspertizaya göndərilib. Xəsarət alanlardan iki nəfər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bunlar 1955-ci il təvəllüdlü Xudiyev Əliibrahim Əliş oğlu, 1987-ci il təvəllüdlü Dövlətov Nicat İbadulla oğludur. Daha 1 nəfər Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb.
***08:12
Sabirabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında rayonun Nərimankənd kəndi ərazisində olub. İlkin məlumata görə, “KİA” və “QAZ-24” markalı avtomobillər toqquşub. Xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man