İngiltərədə avtomobil sərt döngəli yolun kənarında olan evə çırpılıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, insident Devon County bölgəsində qeydə alınıb.
Zərərçəkən ailə üzvlərinin bildirdiyinə görə, bu hadisə birinci dəfə deyil onların başına gəlir, nə az, nə çox 3 ildə düz 17 dəfə. Onlar qorxu içində yaşadıqlarını söyləyiblər. Avtomobil ər-arvadın otağına girib. Qəza anında evdə sadəcə ailənin qız övladı olub. “Xoşbəxtlikdən ailə üzvlərinin əksəriyyəti evdə olmayıb” - deyən Katrin Munns, “Evdə olsaydılar yəqin ki ölərdilər. Mən həmin anda yatmışdım, çünki ertəsi gün işim var idi. Çırpılma vaxtı çıxan səsi izah etmək mümkün deyil, çox qorxulu idi” – deyib. Qəzanı törədən 36 yaşlı sürücünün müayinə zamanı sərxoş olduğu məlum olub.
“3 ildə 17-ci qəza”
Bildirək ki, 9 ay bundan əvvəl baş verən başqa bir qəzada yenə sərt döngədə idarəetməni itirən bir sürücü avtomobilini ailənin həyətyanı sahəsində park edilmiş 3 nəqliyyat vasitəsinə çırpmışdı.
Yerli idarəetmə orqanlarına yolun dəyişdirilməsi ilə bağlı dəfələrlə müraciət etdiklərini söyləyən Katrin Munns, “Təcili bu haqda bir iş görülməlidir” - sözlərini dilə gətirib.
3 ildə ümumilikdə 17 qəzanın meydana gəldiyini bildirən Katrin, yolun dəyişdirilməsi üçün online imza kampaniyası başladıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man