Yol polisi postda maşınları saxlayıb sürücülərə su payladı - VİDEO

İctimai nəqliyyat 14 Avqust 2019 | 02:25
OXUNUB: 1628

Baş Dövlət Yol Polisi İdarəsi yollarımızda ağır qəzaların baş verməməsi üçün müxtəlif addımlar atır. Avtosfer.az xəbər verir ki, Qurban bayramı ilə əlaqədar gücləndirilmiş rejimdə işləyən Yol Patrul Xidməti Alayının bütün stasionar postlarında sürücülürlə marrifləndirmə işi aparan yol polisi hesab edir ki, son günlər baş verən qəzalarda sürücülərin sükan arxasında yorğun və yuxusuz olması də böyük rol oynayır. Odur ki, YPX postlarında saxlanılan avtomobillərin sürücülərinə qısamüddətli istirahət etmək təklif olunur, sürücü və sərnişinlər postların ərazisindəki bulaqdan su içir, əl-üzlərini yuyub dincəldikdən sonra yola davam edirlər.
Bu dəfə isə YPX Alayının 11-ci tağımın əməkdaşları sürücülərə su paylayıb. Belə ki, postda saxlanılan sərnişin mikroavtobuslarının sürücüləri əvvəlvə bulaqda əl-üzünü yuyub. Burada yol polisləri həm sürücülər, həm də onların daşıdığı sərnişinlərlə maarifləndirici söhbətlər aparıblar. Sonra isə YPX əməkdaşları sürücülərə su paylayıb, sükan arxasında diqqətli olmaq, yorğun və yuxusuz halda avtomobil idarə etməmək tövsiyə edilib.
Avtosfer.az postun ərazisində çəkilən həmin görüntüləri təqdim edir:

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man