Azərbaycanda yol hərəkəti qaydalarını bilərəkdən və kobud şəkildə pozan minlərlə sürücü var. Onlardan biri də “Nissan” markalı, 90 TL 781 dövlət nömrə nişanlı avtomobilin sürücüsüdür. Sürücülərdən birinin Avtosfer.az-a göndərdiyi videodan da göründüyü kimi, həmin sürücü avqustun 10-da, saat 18.06-da Cəfər Xəndan küçəsində - 8-ci mikrorayon ərazisində hərəkətdə olarkən kobud qayda pozuntusuna yol verərək qəza vəziyyəti yaradıb. Sürücü ötmə qadağan olunan yolda qarşı yola çıxaraq ötmə əməliyyatı aparır. Bu zaman ötdüyü avtomobilə olduqca yaxın məsafədən ötməyə başlayan sürücü qarşıdan gələn avtomobillə toquşmaq təhlükəsi ilə üzləşir. Sağa qayıdaraq qəzadan yayınsa da yenə də qorxulu anlar yaşayır.
Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi bu sürücünün bir daha qorxulu anlar yaşamaması üçün müvafiq addımlar atacaq.
Elmin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man