Dünən axşam saatlarında Ələt-Astara magistralının 125-128-ci kilometrliyində - Astara rayonu istiqamıtində yolun yaxınlığında güclü yanğın baş verib. Avtosfer.az xəbər verir ki, yolun kənarındakı quru kollar və biçilməmiş otlaq ərazidə baş verən yanğına sürücülər tərəfindən yola atılan siqaret kötüyünün səbəb olduğu ehtimal olunur.
Hadisə yerinə gələn Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci tağımının əməkdaşları dərhal yoldan keçən sürücülərin təhlükəsizliyini təmin edərək onların hərəkəti davam etdirməsi üçün şərait yaradıblar.
YPX əməkdaşlarının müraciətindən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası də gəlib.
Təxminən saat 23.10 radələrində yanğın söndürülüb, xəsarət alan olmayıb.
Emin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man