Ətraf mühiti çirkləndirən sürücülər cərimələnib. Avtosfer.az Realtv-ə istinadən xəbə verir ki, stasionar postlarda sürücülər arasında maarifləndirmə işinin aparılması və ətraf mühiti çirkləndirən, texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin aşkarlanması məqsədilə tədbirlər görülür. Reyd zamanı texniki cəhətdən nasaz avtomobillərin sürücülərinə qayda pozuntuları izah edildikdən sonra cərimə olunublar.
Normaları aşmayan, avtomobilə vaxtında texniki qulluq göstərən sürücülərə də rast gəlinib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, avtomobili texniki cəhətdən nasaz halda idarə etməsinlər, belə nəqliyyat vasitələri ilə uzaq yola çıxmaq olduqca təhlükələdir.
Qeyd edək ki, zəhərli qazların miqdarı çox olduqda bu elə ilk növbədə sürücünün özünə, ailə üzvlərinə ziyan vurur.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man