Görüntülər Londonun Bukingem sarayı yaxınlığında qeydə alınıb. Avtosfer.az "deepakanand"a istinadən xəbər verir ki, qara “Mercedes” 2 mərtəbəli sərnişin avtobusu ilə toqquşub. Qəza sürücü tərəfində baş verdiyindən o, avtomobilin sərnişin olan hissəsindən çıxmağa məcbur olub. Bu zaman naməlum səbəblərdən “Range Rover Evoque” markalı avtomobil qadın sürücünün üzərinə sürülüb və nəticədə o, iki nəqliyyat vasitəsinin arasında sıxışaraq qalıb. Əraziyə polis və səhiyyə briqada əməkdaşları cəlb olunub. Polis hadisədən sonra qaçan “Range Rover”in sürücüsünü həbs edib. Qadın isə aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Polis insidentlə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man