Yol polisi bütün sürücüləri postlarda buna görə saxlayır - VİDEO

İctimai nəqliyyat 13 Avqust 2019 | 02:35
OXUNUB: 21702

DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının bütün stasionar postlarında sürücü və sərnişinlər arasında maarifləndirmə işləri aparılır. Avtosfer.az xəbər verir ki, məqsəd Qurban bayramı ilə bağlı bölgələrə gedən insanların sayının artması və bunun nəticəsində qəzalardan qorunmaqdır. Cənub bölgəsinə gedən sərnişin mikroavtobusları fərdi nəqliyyat vasitələri 10 və 11-ci tağımların ərazisində saxlanılıb. 10-cu tağımın komandiri, polis mayoru Qulu Quliyev sərnişin və sürücülərlə söhbət aparıb, onlara yolda diqqətli olmağın vacibliyini izah edib. Qurban bayramı münasibətilə sürücü və sərnişinləri təbrik edən DYP komandiri onlara postlarda yaradılmış şərait barədə məlumat verib. Bildirib ki, sürücülər yorğun və yuxusuz olduqda idarə etdiyi nəqliyyat vasitəsini postun ərazisində saxlaya, əl-üzünü yuya və ya qısamüddətli istirahət edə bilər.

Tədbir zamanı qanunsuz sərnişindaşıma fəaliyyətinə də rast gəlinib. Hətta sərnişinləri mikroavtobusda oturacaqda yox, döşəmədə əyləşdirən sürücünü aşkarlayan yol polisi onun bəhanələrinə əhəmiyyət verməyərək cərimə yazıblar.

11-ci tağımın əməkdaşları də yollarda sürücülərlə maarifləndirmə işini gücləndirib. YPX əməkdaşları sürücüləri postda dəvət edərək burada onlar üçün yaradılmış şəraitdən istifadə etməyi təklif edib. Sərnişinlərlə aparılan söhbətlər zamanı onlara sürücünün diqqətini yayındırmamaq və sürücünün hərəkətlərindən narazı olduqda polisə məlumat vermək tövsiyə edilib.

Avtosfer.az hər iki tağımın fəaliyyətini əks etdirən videonu təqdim edir:

 

Elməddin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man