Lənkəran şəhərinin Füzuli küçəsində ölümlə nəticələnən ağır yol qəzası olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, "Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində maşında olan 3 nəfərdən biri ölüb, digər ikisi ağır xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man