Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, 204 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən 17 yaşlı Vəliyeva Fatimə Marif qızını vurub. Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb. Ona kəllə-beyin travması və bədənin müxtəlif zədələri diaqnozu qoyulub. Xəstənin vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man