Bu sürücü nəinki özünün, digər nəqliyyat iştirakçılarının da həyatını təhlükəyə atır. Görüntülər İstanbul şəhərində, Fateh Sultan Məhməd Köprüsünün girişində qeydə alınıb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, kadrlarda Ədirnə istiqamətində hərəkət edən furqonlu yük avtomobilinin sürücüsü, əlini sükandan çəkərək yemək yediyi görülür. Nəqliyyatın intensiv olan vaxtı maşının sürətlə irəlilədiyini də görmək olar. Dizi ilə sükanı idarə edən məsuliyyətsiz sürücü həm özünün həm də ki, digər sürücülərin həyatını heçə sayaraq bir müddət yoluna davam etdikdən sonra gözdən itir.
Hadisəni isə bir avtomobilin sərnişini tərəfindən mobil telefon vasitəsi ilə çəkilib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man