Alyaskada içərisində SSRİ dövründən məktub olan butulka tapılıb

Maraqlı 08 Avqust 2019 | 21:11
OXUNUB: 1412

Alyaskanın qərbində içərisində SSRİ dövründən məktub olan şüşə butulka tapılıb. Avtosfer.az Xezerxeber.az-a istinadən xəbər verir ki, içərisində rus dilində yazılmış məktub olan zaman kapsulunu Şişmaryov körfəzində ABŞ vətəndaşı Tayler İvanoff aşkar edib. Mətndən məlum olur ki, məktub sahibi "Sulak” üzən bazasında Uzaq Şərq Gəmiçiliyinin Rus Donanmasında xidmət edib.

Məktubda deyilir: "Uzaq Şərq Gəmiçiliyinin Rus Donanması adından səmimi salam. "Sulak” üzən bazasının "Vostokrıbxolodflot” donanması. Bu butulkanı tapan şəxsi salamlayıram. Vladivostok şəhəri-43 "Sulak” üzən bazasında yerləşən "Vostokrıbxolodflot” ünvanında bütün heyətə məlumat verməyini xahiş edirik. Sizə cansağlığı, uzun ömür və rahat gəmi səfəri arzu edirik”.

Məktub 1969-cu il iyunun 20-də yazılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man