Saray qəsəbəsi ərazisində iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, hadisə “Mersedes” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində yaşanıb.
Belə ki, 50 CK 402 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobilin qarşısına anidən avtomobil çıxdığından sürücü idarəetməni itirib və yol kənarındakı işıq dirəyinə çırpılıb. Avtomobilin sürəti yüksək olduğundan maşın öndən və arxadan əzilib və içəridəki 30-35 və 20 yaşlarında olan iki gənc yaralanıb. Hələlik adları məlum olmayan yaralılar təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man