Bakıda qaranlıq küçədə yolu qazdılar – Maşın çuxura düşdü – VİDEO

Nəqliyyat TV 08 Avqust 2019 | 00:53
OXUNUB: 1906

Bakıda avtomobil qaz borusu təmir edilən quyuya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Hüseyn Cavid prospekti 231-235 ünvanında “Daewoo” markalı, 10 EC 588 dövlət nömrə nişanlı avtomobili idarə edən Əziz Vəliyev qəfil yolun ortasında qazılmış quyuya düşüb. Avtomobildə tək olan sürücü sınıq xəsarətləri alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. 

Ə.Vəliyevin APA-ya verdiyi xəbərə görə, “yolda heç bir nişan qoyulmayıb”. Nəticədə qəza baş verib.

Hadisə yerinə “Azəriqaz” ASC-nin əməkdaşları cəlb edilib. “Azəriqaz” ASC-nin çilingəri bildirib ki, yolda nişan qoyulub, işlər çox olduğundan yolu qazaraq işi yarımçıq qoyublar.

Hadisə yerinə Yasamal RPİ və Yasamal DYPŞ-nın əməkdaşları cəlb edilib. Yolda sıxlıq yaranmasın deyə Yol Patrul Xidmətinin əməkdaşları hərəkəti nizamlayıb.

Qeyd edək ki, avtomobili quyudan çıxarmaq üçün hadisə yerinə ağır texnika da cəlb edilib.
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man