Rusiyanın Moskva ətrafı Dolgoprudny şəhərində sərnişin avtobusunun dayanacağa çırpılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Avtosfer.az “Life.ru”ya istinadən xəbər verir ki, insident səhər saatlarında Lixaçevsky prospektində qeydə alınıb. Məlumata görə, 368 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobus sürücüsünün halının pisləşməsi səbəbindən sükan idarə etməsini itirərək insanların olduğu dayanacağa çırpılıb.
Bildirilir ki, hadisədə iki yaşlı qadın ölüb, daha 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
Polis araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man