Boliviyada avtobusun qəzaya uğraması nəticəsində 14 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb. Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, insident avqustun 4-ü axşam saatlarında ölkənin qərbində La-Pas inzibati bölgəsində yerləşən Apolo bələdiyyəsi ərazisində qeydə alınıb. Bu barədə “Agencia Boliviana de Informacion” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, avtobus Çarasani dağ yaşayış məntəqəsində hərəkətdə olan vaxt naməlum səbəblərdən sürücünün idarəetməsindən çıxaraq 200 metr hündürlükdən uçuruma yuvarlanıb.
Qəza zamanı avtobusda Hindistanın bir neçə kəndində tibbi yardım məqsədi ilə kompaniyada iştirak etmək üçün gedən həkimlər qrupu olub.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man