Ficidə iki yaşlı körpəni xəstəxanaya aparan səhiyyə helikopteri qəzaya uğrayıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, dördyerli “Robinson "R-44" helikopteri axşam saatlarında radarlardan itib. Bu barədə “FBC” teleradio korporasiyası məlumat yayıb.
Məlumata görə, helikopter Naitamba adasının şərqindən Vanua-Levu adasının şimalında yerləşən xəstəxanaya uçurmuş. Körpənin anası müşayiət edib və ümumilikdə göyərtədə 3 nəfər olub. Hava gəmisi körfəz rayonu olan Natevada qəzaya uğrayıb.
Fici Hərbi Dəniz Qüvvələrinin komandanı kapitanı Hamfri Tavake təsdiq edib ki, helikopterin qalıqları arasından 1 nəfərin meyiti xilasedicilər tərəfindən aşkar olunub. Qalan iki nəfərin axtarışları isə davam etdirilir.
Namiq Musayev
Materiallardan istifadə edərkən hiperlinklə istinad VACİBDİR!
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man