Finlandiyada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb. Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, insident iyulun 31-i axşam saatlarında Tampere-Pirkkala aerodromunda qeydə alınıb. Bu barədə “YLE” telekanalı məlumat yayıb. Məlumata görə, təyyarədə yalnız pilot-tələbə olub.
Hadisənin baş vermə səbəbləri hələ məlum deyil. Polis araşdırmalara başlayıb.
Aeroport müvəqqəti bağlanıb. Bəzi reyslər təxirə salınıb, bəziləri isə başqa hava limanlarına istiqamətləndirilib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man