Qırıcı “Ölüm vadisi” milli parkına düşdü: 7 yaralı

Yol qəzaları 01 Avqust 2019 | 08:37
OXUNUB: 1615

ABŞ-ın Kaliforniya ştatında “F/A-18” qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində “Ölüm vadisi” milli parkını ziyarət edən 7 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Bildirilir ki, yaralılar turistlər olub, onlar yüngül zədə alıblar.

Hələ pilotun taleyi barədə məlumat yoxdur.

Bundan əlavə telekanal qeyd edib ki, ABŞ, hərbi təyyarələrin tez-tez milli parkın üzərindən uçuşuna qadağa qoyub.

Qəzanın baş vermə səbəbləri hələ də naməlum qalır.

 

******8.55

 

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus çox hədəfli “F/A-18E Super Hornet” qırıcı təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az “TASS”a istinadən xəbərə verir ki, insident iyulun 31-i HDQ-nin Kaliforniyada yerləşən bazası yaxınlığında baş verib. Bu barədə HDQ-nin “Twitter” səhifəsindən məlumat verilib.

Məlumatda deyilir ki, ABŞ-ın Sakit Okean sahillərində yerli vaxtla 10.00 radələrində "F/A-18E” təyyarəsi Hərbi Dəniz Qüvvələrinin aviasiya stansiyası yaxınlığında qəzaya düşüb. 

Axtarış-xilasetmə əməliyyatları aparılır.

Qırıcının göyərtəsində neçə insanın olduğu məlum deyil. Pilotun və ya pilotların taleyi barədə məlumat verilmir.

“China Lake” bazası Los-Ancelesdən təxminən 201 kilometr şimalda yerləşir.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man