İrəvan "Ararat”ında Mpumelelo Dadiboy Zvane ad-soyadlı bir hücumçu var. Cənubi Afrika Respublikasından olan futbolçu son günlər nəinki Ermənistanda, hətta bütün postsovet məkanında populyarlaşıb. Görəsən, niyə? Erməni xislətini, keyfiyyətini açan sadə bir səbəbdən: "Ararat”ın baş məşqçisi Abraam Xaşmanyan adamı sillə-təpiyin altına salıb.
Əvvəlcə Zvaneni dinləyək: "Martın 2-də "Ararat” uduzdu (çempionat oyununda "Ararat-A”ya 1:4 – red.). Mən oynamadım, ancaq oyundan sonra mənə yaxınlaşan baş məşqçi guya güldüyümü deyib, sillə vurdu. Çox qəzəbləndim, bunu komanda yoldaşım da gördü. Heç nə demədim, çünki düşündüm ki, komandadan qovarlar. Növbəti insident martın 25-də keçirilən yoldaşlıq oyunundan sonra baş verdi. 10 dəqiqə sol cinah müdafiəçisi yerində oynadım, hərçənd sol cinah hücumçusuyam. Oyundan sonra Abraam otağıma gəldi, məni çağırdı, "axmaq, faydasız, qara əcnəbi” deməklə kifayətlənməyib, həm sillələdi, həm də zərbə endirdi. Mən onu itələməyə başladım, başverənləri görən futbolçular baş məşqçini dayandırdı. Dalaşmadım, xəstəxanaya aparılmağımı xahiş etdim. Zərbənin yeri ağrısa da, getməyə imkan vermədilər. Klubun həkimi ağrıkəsici yazdı, çiynim, sol gözüm və çənəm ağrıyırdı. Federasiyaya müraciət etdim, ifadə verdim, olayı anlatdım. Onlar münaqişəni araşdıracaqlarını dedilər. Gözləyirəm, federasiya yardım etməsə, işi FİFA-ya göndərəcəm”.
Durumun ciddiliyini görən Xaşmanyan isə Ermənistan Futbol Federasiyasına bəzi futbolçuların və klup personalının imzaladığı məktub göndərib. Guya heç belə olay yaşanmayıb, futbolçu ilə ucadan danışmaq, qışqırmaq isə baş məşqçi üçün adi haldı. Zvane bu müraciətin ardından daha bir müsahibə verib. Onun fikrincə, Xaşmanyan futbolçulara müqavilələrinə xitam veriləcəyinə dair hədə-qorxu gəldiyindən imza atmağa məcbur olublar. Bir sözlə, bu xəmir hələ çox su aparacaq. Sabiq prezidenti Robert Koçaryanın dilindən "ermənilərlə azərbaycanlılar Qarabağda ona görə birgə yaşaya bilməzlər ki, fərqli dinlərə sitayiş edirlər” açıqlaması çıxan bir ölkə üçün hər cür zorakılıq da, Zvanenin üzləşdiyi irqi ayrı-seçkilik də çox adi haldı. ("Futbol plus" qəzeti)