Sumqayıt şəhərində nənə və 5 yaşlı nəvəsini avtomobil vurub. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə şəhərin 26-cı məhəllə ərazisində baş verib. Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü Gilə Əhəd qızı Hüseynova nəvəsi, 2014-cü il təvəllüdlü Məryəm Cavid qızı Muradovanı hazırlıqdan gətirən zaman hər iki şəxsi avtomobil vurub. Hər iki yaralı dərhal xəstəxanaya çatdırılıb. Azyaşlının vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man