Pakistanın Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 19 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, hadisə iyulun 30-u gecə saatlarında ölkənin şimal-şərqində yerləşən Ravalpindi şəhərində baş verib. Bu barədə yerli “Dunya News” telekanalı məlumat yayıb. Məlumata görə, göyərtəsində 2 pilot və 3 ekipaj üzvünün olduğu təyyarə təlim uçuşu yerinə yetirib. Hava gəmisi qəzadan sonra yanıb və yanğın bir neçə yaşayış evinə keçib. Hadisənin baş vermə səbəbləri barədə məlumat verilmir.
Bildirilir ki, ölənlər arasında yerli sakinlərdə var. Yaralılar xəstəxanalara çatdırılıblar.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man