DYP xəbərdarlıq edib: Maketlərin quraşdırıldığı yerləri açıqlamaq olmaz

İctimai nəqliyyat 29 İyul 2019 | 12:44
OXUNUB: 1010

“Sürücülərin sürət həddini keçməsinin və bir sıra qayda pozuntularının qarşısını almaq məqsədilə Yol Patrul Xidməti (YPX) avtomobilləri maketi Azərbaycanın bütün avtomobil yollarında tətbiq olunacaq”. Avtosfer.az xəbər verir ki, bunu "Report"a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, maketlərin düzülməsi yol hərəkətinin təhlükəsizliyinin təmin olunması üçündür: “Təbii ki, bu tədbirlər yol qəzalarının qarşısının alınması məqsədi ilə atılan addımlardandır. Bu, profilaktiki tədbirdir. Bu təcrübədən dünyanın bir çox ölkəsində geniş istifadə olunur. Təcrübələr bu tətbiqin özünü doğrultduğunu göstərir. Ona görə də sürücülər nəzərə almalıdırlar ki, o maketin yerində 1 və ya 2 saatdan sonra Yol Patrul Xidmətinin avtomobili dayana bilər. Gələcəkdə bu maketlər üzərində sürət həddini aşan nəqliyyat vasitələrinin müəyyənləşdirilməsi üçün radarlar da quraşdırılacaq”.

Şöbə rəisi maketlərin sayı və onların quraşdırıldığı yerlərdən xəbərdar olanlara müraciət edib: “Biz maketlərin quraşdırılacağı yerlərin dəqiq ünvanını açıqlaya bilmərik. Çünki maketlərin sayı və qoyulduğu yerlərin adının açıqlanması bunun əhəmiyyətini itirir. Ona görə də maketlərin sayını bilən və onların quraşdırıldıqları yerlərini adlarını bilən media nümayəndələri bunu ictimailəşdirməməlidir. Bu, kiməsə yaxşılıq etmək demək deyil. Maketlərin yeri və sayını ictimailəşdirmək əslində sürücülərə o maketlərin quraşdırıldığı ərazilərdə qayda pozmağa şərait yaratmaq deməkdir”.

K.Əliyev vurğulayıb ki, sürücülərin ərazidə bir-birinə “marqat” etməklə YPX avtomobillərinin olması ilə bağlı yanlış yaxud doğru məlumat ötürməsi yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasına xidmət edir: “Biz bu məsələ ilə bağlı sürücülərə heç nə deyə bilmərik. Bu, müsbət haldır və biz bunu dəstəkləyirik. Hətta sürücülər ərazidə polisin olması barədə yanlış məlumatı belə bir-birinə ötürmələri də profilaktiki tədbirdir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man