Türkiyənin Osmaniyə vilayətində iki minik avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasında 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə axşam saatlarında D-400 avtomagistralının Tehci kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Məhməd Qılıncın idarəetməsində olan 80 GV 727 dövlət qeydiyyat nişanlı avtomobil, qovşaqda 80 HA 170 dövlət qeydiyyat nişanlı yüngül ticarət maşını ilə toqquşub. Qəzanın şiddətindən 80 GV 727 dövlət qeydiyyat nişanlı avtomobil deformasiyaya uğrayıb. Nəticədə yüngül ticarət maşınının sürücüsü, Məhməd Qılınc və 7 aylıq körpə Zeynəb Qılınc ağır yaralanıb, həyat yoldaşı Zeynəb Qılınc isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ətrfadakı insanların çağırışı ilə qəza yerinə səhiyyə, xilasetmə və polis briqadaları gəlib. Yaralılar təcili tibbi yadım maşınları ilə Osmaniyənin müxtəlif xəstəxanalarına çatdırılıblar. Onlardan körpə Zeynəb, həkimlərin bütün səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Qəza ilə bağlı araşdırmalara aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man