Pilotlar sərnişin yerinə kokain daşıyıblar

Maraqlı 28 İyul 2019 | 22:49
OXUNUB: 759

Çexiyanın iki pilotu bu günlərdə "Famila" kod adı ilə Balkan narkomafiyası əleyhinə yönəldilmiş beynəlxalq əməliyyat çərçivəsində tutulub. Müəyyən olunub ki, aviatorlar şəxsi təyyarələrdə Cənubi Amerikadan Avropaya kokain yollayıblar.

Avtosfer.Az AZƏRTAC-a istinadən bildirir ki, Avropada ümumən 11 şəxs saxlanılıb, daha beş nəfər Honkonqda həbs edilib.

Həbs edilmiş pilotlar son bir ildə Cənubi Amerikadan Avropaya bir neçə uçuş həyata keçiriblər, sonra hüquq mühafizə orqanlarının nəzarəti altına düşüblər. Pilotların sözlərinə görə, onlar guya sərnişin daşıyıblar, əslində isə Avropaya kokain gətirməklə məşğul olublar. Pilotlardan biri Uruqvaydan Avropaya 21 çamadanda 600 kiloqram kokain daşıyarkən İsveçrədə saxlanılıb. Digər pilot isə Çexiyada həbs olunub və onun evindən bəyannaməsi olmayan təqribən bir milyon avro nağd pul tapılıb.

Hüquq mühafizə orqanları Honkonqda 421 kiloqram həcmində daha bir iri kokain partiyası ələ keçiriblər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man