Lənkəranda avtomobil naməlum kişini vuraraq öldürüb

Yol qəzaları 27 İyul 2019 | 17:25
OXUNUB: 936

Lənkəran şəhərində avtomobil naməlum kişini vuraraq öldürüb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə gecə saatlarında Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Digah kəndi ərazisində keçən hissəsində baş verib. Kənd sakini, 1997-ci il təvəllüdlü Qismət Şahraz oğlu Talıbov idarə etdiyi "Peugeot" markalı avtomobillə yolda hərəkət edən piyadanı vurub. Vurulan şəxsin kimliyi hələ ki, müəyyən edilməyib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Onun 30-35 yaşlarında orta boylu kişi olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man