Lənkəran şəhərində yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, yük və minik avtomobillərinin toqquşması nəticəsində ağır xəsarət alaraq xəstənanaya yerləşdirilən Lənkəran rayonunun Şiləvar kənd sakini, 1953-cü il təvəllüdlü, Ehtiram Mahmud oğlu Axundov dünyasını dəyişib.
Qeyd edək ki, hadisə iyulun 26-da şəhərin Zərifə Əliyeva və Hənifə Abdullayeva küçələrinin kəsişməsində baş verib.
E.Axundovun idarə etdiyi "VAZ-2107" markalı, 10 KJ 868 dövlət qeydiyyat nişanlı avtomobil "Ford" markalı yük avtomobili ilə toqquşub. Zərbənin gücündən "VAZ" daş hasara, yük avtomobili isə elektrik dirəyinə çırpılıb.
Nəticədə "VAZ"-ın sürücüsü E.Axundov və sərnişini, 1957-ci il təvəllüdlü İntizam Mahmud oğlu Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man