Fransanın Perpinyan şəhərinin hava limanında ölkənin hərbi hava qüvvələrinə məxsus “Dassault Dornier Alpha Jet E” qırıcı təyyarəsi yerə enərkən uçuş zolağından kənara çıxıb və yaxınlıqdakı avtomobil yolunadak hərəkət edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarəni tərk etməyi bacaran pilot xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, təyyarə havaçılıq festivalına hazırlaşaraq sınaq uçuşlar icra edirmiş.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man