Elektromobil istehsalçısı "Tesla"nın səhmləri bu gün ərzində 11% dəyər itirib. Avtosfer.az "Finans.az"a istinadən xəbər verir ki, bununla da şirkətin bazar dəyəri 5 milyard dollar azalıb. Buna səbəb isə şirkətin "Wall Street" analitiklərinin proqnozlarından az - 6,3 milyard dollar gəlir açıqlaması olub. Həmçinin, cari ilin ikinci rübündə "Tesla"nın xalis zərəri 408 milyon dollar olub.
Qeyd edək ki, "Tesla" elektromobillərinin təslimatında ilk rüb ilə müqayisədə 51% artım olub və bütövlükdə 95 min 200 elektromobil təslim edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man