Bakıda yolu keçən piyada 4 avtomobilin toqquşmasına səbəb olub

Yol qəzaları 25 İyul 2019 | 10:45
OXUNUB: 648

Bakıda 4 avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib. Avtosfer.az "Report”a istinadən xəbər verir ki, qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Məlumata görə, Alı Mustafayev küçəsi ilə hərəkət edən 01-BT-135 dövlət nömrə nişanlı "Opel Zafira" markal avtomobil yolu qadağan olunmuş yerdən keçən piyadanı vurmamaq üçün sərt tormozlanma edib. Bu zaman arxasınca hərəkət edən digər avtomobillər ona çırpılıb. Hadisə zəncirvari qəzanın lap sonunda olan 99-TK-311 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin sürətlə hərəkət etməsi və məsafə saxlamaması nəticəsində baş verib. Belə ki, həmin avtomobil 99-NR-358 dövlət nömrə nişanlı "Mercedes Benz"ə, o, 10-SS-668 dövlət nömrə nişanlı digər "Mercedes Benz"ə, həmin maşın isə 01-BT-135 dövlət nömrə nişanlı "Opel Zafira" markalı avtomobilə çırpılıb.

Nəticədə hər 4 avtomobilə ciddi ziyan dəyib və yolda sıxlıq yaranıb. Ölən və xəsarət alan yoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man