Hərbçilərin olduğu yük maşını aşdı: 8 yaralı

Yol qəzaları 24 İyul 2019 | 19:55
OXUNUB: 691

Dağıstanda hərbçilərin olduğu yük maşının aşması nəticəsində 8 nəfər xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisə Tarumovsk rayonunda qeydə alınıb. Bu barədə “RİA Novosti”yə Səhiyyə Nazirliyinin regional üzrə nümayəndəsi məlumat verib.

““Qafqaz” federal avtomagistralının “Kalinovka yaşayış məntəqəsindən keçən hissəsində qəza baş verib. İçərisində hərbçilərin olduğu “Ural” aşıb.

İlkin məlumatlara görə, 8 nəfər yaralanıb” – səhiyyə nümayəndəsi agentliyə bildirib.

Onun sözlərinə görə, yaralılar Tarumovsk mərkəzi şəhər xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Namiq

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man