Türkiyədə ötən gün baş tutmuş bələdiyyə seçkilərində sürpriz sayılacaq nəticələrlə yadda qaldı. Belə ki, müxalif Cumhuriyyət Xalq Partiyası (CHP) 10 böyük şəhərdən yeddisində səslərin böyük əksəriyyətini qazanıb.
Qardaş ölkədəki seçkilərin Azərbaycanda böyük maraqla izləndiyini nəzərə alan Sfera.az Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovla bu barədə söhbətləşib.
"Bələdiyyə seçimləri Türkiyədə ən önəmli siyasi hadisələrdən biri sayılır. Ümümi göstəricilərə görə hakim AK partiyasının qələbə qazanmasını məmnunluqla qarşıladıq. Bu münasibətilə cənab prezident İlham Əliyev də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Bizim hakim AKP ilə çox isti münasibətlərimiz var və bundan sonra da belə olacaq”.
Müxalif partiyanın uğurlarına gəldikdə isə S.Novruzov bunu türk xalqının seçimi adlandırıb.
Rəşid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man