Təcili yardım maşını aşdı: hamilə qadın öldü, daha 2 nəfər yaralandı - FOTO

Yol qəzaları 22 İyul 2019 | 11:14
OXUNUB: 2200

Rusiyanın İrkutsk əyalətində təcili tibbi yardım maşınının iştirakı ilə baş verən yol qəzasında hamilə qadın ölüb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli DİN regional qrupundan məlumat verilib.

Polisin məlumatına görə, 54 yaşlı təcili tibbi yardım maşınının sürücüsü hərəkətdə olan zaman idarəetməni itirib və maşını aşırıb.

Nəticədə təcili tibbi yadım maşınında olan hamilə qadın aldığı xəsarətlərdən həyatını itirib, daha iki nəfər – qadın feldşerlər xəstəxanaya çatdırılıb.

Qəzadan sonra sürücü qaçaraq gizlənməyə çalışıb, lakin polis onu həbs edib.

Tibbi yoxlamadan keçirilən sürücünün sərxoş olduğu məlum olub.

Polis araşdırmalara başlayıb.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man