Şəki yol polisi toy sahiblərinə müraciət etdi

İctimai nəqliyyat 20 İyul 2019 | 16:11
OXUNUB: 2941

Toy karvanında iştirak edən avtomobillərin sürücüləri tərəfindən yol hərəkət qaydalarının kobud şəkildə pozulması ağır yol nəqliyyat hadisələri ilə nəticələnir. Azərbaycanda toy karvanında avtomobillərin sayı maksimum 4-5 avtomobildən ibarət ola bilər. Karvanda avtomobillərin sayı çox olduqda, svetoforun qadağanedici qırmızı işığında tıxac yarandığına görə sürücülər avtomobili saxlamayıb hərəkətlərini davam etdirmək məcburiyyətində qalırlar ki, bununla da yaşıl işıqda hərəkətdə olan avtomobillərə qəza şəraiti yaradırlar. Eləcə də, yolun hərəkət hissəsinə səpələnərək, qarşı hərəkət zolağına çıxaraq qarşıdan gələn avtomobillərə qəza şəraiti yaradırlar. Bəzən də, belə kobud qayda pozuntuları hətta qəzanın baş verməsi ilə nəticələnir.

Ötən illərdə Respublikamızın müxtəlif ərazilərində eləcə də Şəki rayon ərazisində toy karvanında iştirak edən avtomobillərin sürücülərinin yol hərəkət qaydalarını kobud şəkildə pozmaları nəticəsində ağır yol-nəqliyyat hadisələri baş vermişdir. Belə xoşa gəlməz halların qarşısının alınması istiqamətində Baş Dövlət Yol Polis İdarəsi, eləcə də Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi müəyyən işlər görmüş, xüsusilə də profilaktiki tədbirlər gücləndirilib. Görülmüş bu və ya digər işlərin nəticəsində, son 3 ildə Şəki rayonu ərazisində toy karvanında iştirak edən avtomobillərin sürücülərinin yol hərəkəti qaydalarını pozmaları səbəbindən yol-nəqliyyat hadisəsi baş verməyib.
Belə işə polisin müdaxiləsindən öncə ağsaqqalların düşünülmüş formada yanaşmaları, cavanlara məsləhət vermələri, lazım gəlsə tələb etmələri məncə daha məqsədəmüvafiq olardı. 

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi toy sahiblərinə, ağsaqqallara müraciət edərək bildirir ki, xoşagəlməz halların yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün toy karvanlarında 4-5 ədəddən artıq avtomobilin iştirak etməsi məqsədəmüvafiq deyildir. O cümlədən, toy karvanında təcrübəli, xüsusən də orta yaşlı nəslin nümayəndələrindən olan sürücülərin iştirak etməsi tövsiyyə olunur.
Toy sahiblərini, ağsaqqalları, ziyalıları bu məsələlərin həllində Dövlət Yol Polisinə yaxından köməklik göstərməyə çağırırıq.

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man