Filippində məktəblilərin olduğu yük maşınının qayalıqdan düşməsi nəticəsində azı 11 nəfər ölüb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Sebu adasında qeydə alınıb. Bu barədə yerli “Inquirer” nəşri məlumat yayıb. Polisin məlumatına görə, idman tədbirinə gedən məktəbli dolu yük maşını idarəetmədən çıxaraq qayalıq yoldan uçuruma yuvarlanıb. Azı 11 nəfərin öldüyü qəzada yaralıların dəqiq sayı açıqlanmır. Xəsarət alanlar Boljoon şəhərində yerləşən xəstəxanalara yerləşdiriliblər.
Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man