Riqa aeroportu yeni qaydalar tətbiq edib

Yeniliklər 18 İyul 2019 | 11:14
OXUNUB: 1258

Riqa aeroportu valideynsiz səyahət edən azyaşlılarla bağlı yeni qaydalar tətbiq edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, valideynlər uşaqlarını təyyarəyədək müşayiət edə biləcəklər. Əvvəllər uşaqları yalnız aviaşirkət əməkdaşları yola salır, valideynlər onlarla təhlükəsizlik yoxlanışından əvvəl vidalaşırdılar. Lakin hər ay azı 200 azyaşlının təkbaşına səyahət etməsini nəzərə alaraq aeroport bu qaydanı tətbiq edib.

Uşaqlarını təkbaşına səyahətə göndərmək istəyən valideynlər bu xidmətdən yararlanmaq üçün əvvəlcədən aviaşirkətə məlumat verməli olacaqlar. Belə ki, hər təyyarədə yalnız məhdud sayda uşaq valideyn və ya qəyyum olmadan uça bilər. Yeni qaydalar hələlik yalnız Şengen ərazisinə daxil olan ölkələrə səyahətlər zamanı tətbiq ediləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man