Qaradağda kişini, Nəsimidə isə qadını maşın vurdu

Yol qəzaları 18 İyul 2019 | 07:57
OXUNUB: 801

Bakıda piyadaların vurulması ilə nəticələnən iki qəza qeydə alınıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisələrdən biri Qaradağ rayonunda olub. Sədərək ticarət mərkəzinin yaxınlığında minik avtomobili piyada, 1964-cü il təvəllüdlü Hüseynov Fərman Əlisa oğlunu vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Digər analoji hadisə paytaxtın Nəsimi rayonunda baş verib. Rayonun Mir Cəlal küçəsində avtomobil yolu keçmək istəyən piyada, 60 yaşlı İbrahimova Rövşanə Məmməd qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man