DYP-dən Şəkidəki qəza ilə bağlı AÇIQLAMA – Heç kəs xəsarət almayıb - FOTO

Nəqliyyat xəbərləri 16 İyul 2019 | 22:34
OXUNUB: 2253

Şəkidə “Opel astra” minik avtomobili ilə “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.
 

Avtosfer.az-ın əməkdaşı hadisə ilə bağlı təfərrüatı öyrənmək üçün Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyevlə əlaqə saxlayıb.
 

Onun sözlərinə görə, bəzi KİV-lər rəsmi qurumla əlaqə saxlamadan bu cür sensasion xəbərlər yayırlar.
 

“Şəki şəhərinin Kiş kəndində “Opel astra” markalı 99 RE 355 dövlət nömrə nişanlı minik avtomobili ilə “Mercedes Sprinter” markalı 90 OE 948 dövlət nömrə nişanlı mikroavtobus toqquşub
 

Hadisə 17:30 radələrində baş verib. Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə cüzi ziyan dəyib, xəsarət alan olmayıb. Faktla bağlı artıq araşdırma aparılır. Yəni, xırda yol nəqliyyat hadisəsi olduğundan heç bir hərəkət iştirakçısı xəsarət almayıb. Lakin bəzi Kütləvi inforasiya Vasitələri rəsmi qurumla əlaqə saxlamadan belə yanlış xəbərlər yayır”, - deyə DYP rəsmisi bildirib.
 

Qeyd edək ki, bəzi KİV-lərdə Şəkinin Kiş kəndində turistləri danışan avtobusun qəza törətməsi nəticəsində xəsarət alanların olduğu barədə xəbərlər yayılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man