Bu yolda avtomobillər öz-özünə hərəkət edir - VİDEO

Maraqlı 15 İyul 2019 | 21:01
OXUNUB: 1239

Şamaxıda düz yolda avtomobillər öz-özünə hərəkət edir. Söhbət Şamaxının Dəmirçi-Lahıc avtomobil yolunun Dəmirçi kəndindən keçən hissəsindən gedir. Şamaxı rayon sakini Elsəvər Rəsulov deyir ki, bu yoldan bir neçə dəfə istifadə edib. Hər dəfə də eyni hadisə ilə qarşılaşıb. Yolun 3-4 kilometrlik hissəsində avtomobilin sürəti getdikcə azalır və əks istiqamətdə hərəkət edir. Elsevər Rəsulov Qobustan, Ağsu, İsmayıllı və Şamaxı istiqamətində dəfələrlə avtomobil idarə edib. Lakin belə halla ilk dəfədir ki, qarşılaşdığını deyir. O, əvvəlcə belə qənatə gəlib ki, avtomobilin mühərrikində problem yaranıb. Sonradan isə anlayıb ki, həmin ərazidən keçən hər bir maşında bu hadisə təkrarlanır. Sürüclərin sözlərinə görə, bu hal həmin yolda iki yerdə baş verir. Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirib ki, bu məsələ ilə bağlı onlara hər hansı bir müraciət daxil olmayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man