İndoneziyada turistlərin olduğu helikopterin sərt enişi nəticəsində 4 nəfər xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident iyulun 14-ü Lombok adasının beynəlxalq aeroportunda qeydə alınıb. Bu barədə “Jakarta Post” nəşri məlumat yayıb. Məlumata görə, “PT Carpediem Air” şirkətinə məxsus helikopter Labuan Badjo şəhərindən ekskursiyadan qayıdıb və hava limanına eniş edən zaman qəzaya uğrayıb. Qəzetin yazır ki, yaralılar arasında pilot və 3 nəfər turist Britaniya, Almaniya, Çili vətəndaşları olub. İndoneziyanın Nəqliyyat nazirliyi qəza ilə bağlı araşdırma aparıldığını bildirib.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man