Pakistanın qərbində avtobusun və 3 təkərli velosipedin iştirakı ilə baş verən yol qəzası nəticəsində 10 nəfər ölüb, 24 nəfər isə xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə iyulun 13-ü Sanqhar dairəsinin Şahpur-Çakar şəhərində qeydə alınıb. Bu barədə “Samaa” telekanalı məlumat yayıb. Məlumata görə, avtobus yüksək sürətlə 3 təkərli velosipedə çırpılıb. Bildirilir ki, ölənlər arasında beşi qadın, üçü uşaq və 2-si isə kişidir.
Yaralılar yerli xəstəxanalara yerləşdirilib.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man