Pakistanda sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində azı 9 nəfər ölüb, 67 nəfər isə xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Pəncab vilayətində qeydə alınıb. Bu barə “Geo TV” telekanalı məlumat yayıb. Məlumata görə, Kvettıdan Laxora sərnişin daşıyan qatar yüksək sürətlə Rahimyar-Har şəhərində dayanmış yük qatarına çırpılıb. Bildirilir ki, sərnişin qatarı öz yolu ilə hərəkət etməyib. Xəsarət alanlar arasında 9-u qadın 11-i isə uşaqdır. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hakimiyyət rəsmiləri ölənlərin sayının artacağından ehtiyatlanır.
İnsidentin təfərrüatları araşdırılır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man