Şəhərlərarası sərnişin avtobusu aşdı: 13 ölü

Yol qəzaları 11 İyul 2019 | 10:27
OXUNUB: 501

Pakistanda şəhərlərarası sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 13 nəfər ölüb, onlarla insan xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident iyulun 11-i Pəncab vilayətinin Attok şəhəri yaxınlığında qeydə alınıb. Bu barədə “GeoTV” telekanalı məlumat yayıb. Məlumata görə, Svatadan Laxora gedən reys avtobusunun sürücüsü sürüşkən yolda idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxaraq aşıb. Fövqəladə Hallar Xidmətindən bildirilib ki, avtobusda 59 nəfər olub. Hazırda hadisə yerində xilasedicilər işləyir. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdiriliblər.

Qəza ilə bağlı araşdırmalar aparılır.

 

Namiq

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man